Nazir: Yeni texnologiyaların tətbiqi ərzaq təhlükəsizliyinin artırılmasına töhfə verəcək

İnam Kərimov /FOTO: Report

İşğaldan azad edilən ərazilər hesabına əkin dövriyyəsinin genişləndirilməsi, burada yeni texnologiyaların tətbiqi ərzaq təhlükəsizliyinin artırılmasına böyük töhfə verəcək.

Bu sözləri iyunun 10-da Bakı Ekspo Mərkəzində işə başlayan 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərinin açılışında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, kənd təsərrüfatı sahəsində innovasiyaların ve mütərəqqi texnologiyaların tətbiqi müasir dövrün əsas vəzifələrdəndir: “Builki sərgilərdə pandemiya çətinliyi ilə üzləşməyimizə baxmayaraq, daha çox innovativ həllərin tətbiqinə çalışmalıyıq. Biz təşkilatçılarla artıq razılaşmışıq ki, 2022-ci ildə olacaq sərgidə aqrar sahədə smart həllərə daha çox yer ayrılsın”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.