11 C
Baku
Friday, October 25, 2024

Nazir yoxlamalara başladı: 10-dan çox şəxs işdən çıxarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yoxlamalara başlanılıb.

Banker.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərkəzdə məşqlər dayandırılıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin göstərişi ilə keçirilən yoxlamalar nəticəsində 10-dan çox şəxsin işdən çıxarıldığı bildirilir.

Qeyd edək ki, həmin Mərkəzdə Xalq artisti Rüfət Xəlilzadə, Əməkdar artist Vüqar Camalzadə, saz ustası Aqşin Tarıyeloğlu, konsertmeyster, beynəlxalq mükafatlar laureatı Gülsüm Eldarova, Bakı Musiqi Akademiyasının vokal ustadı Esmira Hüseynova və digər sənətkarlar fəaliyyət göstərir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər