Nazir: “Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq”

Mikayıl Cabbarov / FOTO

“Ərazilərimizin işğaldan azad edilməsi nəticəsində yaranmış yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq”.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, “Bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.