15 C
Baku
Wednesday, April 24, 2024

Nazirdən açıqlama: Bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq

“Azərbaycanda indiyə qədər 12 Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) yaradılıb”.

Bunu İqtisadiyyat naziri Şahin Mustafayev “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransdakı çıxışında deyib.

Onun sözlərinə görə, ilin sonuna qədər Bakıda ilk “KOB Evi”nin yaradılması istiqamətində iş aparılır.

Nazir qeyd edib ki, indiyə qədər sahibkarlara 990-dan artıq elektron lisenziya verilib:

“Artıq sənaye parklarında rezidentlərə məxsus 43 müəssisədən 23-ü fəaliyyətə başlayıb. Rezidentlər tərəfindən sənaye parklarına indiyədək 3.3 milyard investisiya yatırılıb, 9 minə qədər iş yeri yaradılıb. İndiyə qədər sənaye parklarında 1 milyard 260 milyon manat dəyərində məhsul istehsal edilib. Bunun 250 milyon manatlıq hissəsi ixrac olunub. Növbəti mərhələdə 400 milyon dollara qədər sərmayə qoyuluşu 1600-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulub. Bununla yanaşı sənaye məhəllələrində qeydiyyatdan keçmiş iştirakçıların sayı 36 olmaqla ümumilikdə 140 milyon manata yaxın investisiya yatırılması, 2 minə qədər yeni iş yerlərinin yaradılması nəzərdə tutulub. Bu müəssisələrin 21-i artıq fəaliyyət göstərir, bu il isə daha 15 müəssisə fəaliyyətə başlayacaq. Fəaliyyətdə olan sənaye məhəllələrində indiyə qədər 43 milyon manatkıq məhsul istehsal edilib”.

Azvison

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər