7 C
Baku
Sunday, December 15, 2024

Nazirdən açıqlama – Dövlət büdcəsindən ayrılan kredit istifadə olunmur

“Bu il 5,98 milyard manatlıq dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərimizin hələ ki, 37%-i 6 ay ərzində icra olunub. Bunun bəzi obyektiv səbəbləri var. Onunla bağlıdır ki, təxminən 1,14 milyard manat kredit nəzərdə tutulub. Bu kreditlərin istifadə əmsalı əfsuslar olsun ki, o qədər də yüksək deyil”.

Belə bir açıqlamanı prezident İlham Əliyevin yanında keçirilən müşavirədə maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, vergi və gömrük rüsumları yığımlarının təmin olunmasında əsas məsələlərdən biri dövlət əsaslı vəsait qoyuluşu xərclərimizin ahəngdar icra olunmasıdır.

“Hesab edirik, bizim aidiyyəti qurumlarımız, hansılar ki, bu kreditlərin icrası ilə məşğuldur onlar bu sahədə işlərini sürətləndirməlidirlər. Bəzi hallar, şübhəsiz, təkcə onlardan asılı deyil. Müəyyən satınalma prosedurları var, beynəlxalq maliyyə qurumları tərəfindən onlar gözlənilməlidir. Bunlar da müəyyən vaxt tələb edir. Bir sıra hallarda Azərbaycan dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməlidir”, – deyə naizr qeyd edib.

S.Şərifov bildirib ki, bunların ləngiməsi nəticəsində dövlət büdcəsinin vəsaitləri, əsasən də infrastruktur layihələrinin həyata keçirilməsi üzrə müəyyən geriləmələr var. Bu isə vergi, gömrük orqanlarının işidir. Nəticə etibarilə, dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərinin icrasında müəyyən maneələr yarada bilər.

“Biz çalışırıq ki, dövlət büdcəsinin xərcləri ahəngdar icra olunsun və xərclərin böyük bir hissəsi ilin sonuna – noyabr-dekabr aylarına təsadüf etməsin”, – deyə nazir əlavə edib. 

Son xəbərlər
Digər xəbərlər