Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Aqil Bəşirov işdən çıxıb.
Elm və təhsil nazirinin müvafiq əmri ilə o, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, A. Bəşirov sektor müdiri vəzifəsinə 2023-cü ildə təyin olunmuşdu.