Nazirdən gələn il üçün “300 min ton pambıq” hədəfi

“Əgər 2017-ci ildə 260 min ton pambıq yığılacağı gözlənilirsə, 2018-ci ildə bu rəqəmin 300 min ton təşkil edəcəyi nəzərdə tutulur. Bunun üçün intensiv məhsuldarlığa üstünlük veriləcək2.

“Report”un Aran bürosu xəbər verir ki, bunu Salyanda pambıq yığımına hazırlıqla bağlı müşavirədə iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumum məqsədi pambıq sahələrinin genişləndirilməsi deyil, məhsuldarılığın artırılmasıdır.