12 C
Baku
Saturday, November 23, 2024

“Nazirin Azercell-dəki görüşü ilə bağlı məlumatda cəmiyyəti maraqlandıran suallara cavab tapmaq mümkün olmayıb”

Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?
Ötən gün məlumat verilib ki, nazir Rəşad Nəbiyev Azercell -in rəhbərliyi ilə görüş keçirib.
Açıqlanan məlumatdan belə anlaşılır ki, görüş Azercell-in strateji təşəbbüsləri və gələcək planları, xüsusilə də onun modernizasiyası ilə tanışlıq məqsədi daşıyıb.
Əlbəttə, Azercell -in “dövlətləşməsindən” elə də çox müddət keçmədiyini nəzərə alsaq onun fəaliyyətinin dövlətin diqqət mərkəzində olması, nazirin yeni komanda ilə görüşməsi doğru addımdır və təqdirəlayiqdir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, Amma, maraqlıdır ki, görüşlə bağlı məlumatda cəmiyyəti maraqlandıran sualların heç birinin cavabını tapmaq, hələlik mümkün olmayıb.
Bu tip ictimai maraq kəsb edən sualları isə qısa olaraq aşağıdakı kimi qruplaşdırardıq :
1. Azercell-də yeni rəhbərlik, yeni idarəetmə özünü doğruldubmu? Azercell dövlət şirkətinə çevriləndən sonra buradan bir xeyli peşəkarların uzaqlaşdırılması, təsadüfi adamların yüksək postlara gətiriliməsi haqqında məlumatlar sızırdı.
Hazırda bu dövlət şirkətinin sağlamlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi durumu necədir?
2. Azercell-ə bağlı Nazirliyin, dövlətin strateji məqsədi nədən ibarətdir ?
Bu nəhəng mobil operator daha da gücləndirilərək özələşmə üçün satışa çıxarılacaq, yoxsa elə dövlət şirkəti olaraq qalacaq ?
3. Azercell dövlət şirkətinə çevriləndən sonra investisiya imkanları, innovasiyala yatırımları necə olub ?
Son zamanlar trafikin (danışıq və mobil internet) kəskin artması, bahalı mobil trafik müqabilində mənfəətin cüzi artımlarını necə izah etmək olar?
4. Diqqət çəkən məqam həm də odur ki, ölkənin bir nömrəli mobil operatorunun gələcək planları, nazirlə görüşü haqqında məlumatda 5G haqqında bir kəlmə yoxdur.
Amma qonşu ölkələrdə, digər regionlarda bu tip görüşdə müzakirə predmeti ancaq və ancaq 5G infrastrukturun inkişafı, ancaq 5G üçün tezliklər uğrunda amansız mübarizə və s. olur.
Bəlkə də belə bir müzakirə olub, özəl operatorlara bildirmək istəmirlər, bilmək olmaz 🙂
5. Ucqar ərazilərdə, kəndlərdə 3G/4G infrastrukturu qurulmayıb . Bu məsələ öz həllini necə tapacaq? Nazirlik tezlik, lisenziya verdiyi operatorlardan bu problemin həllini ayrılıqda tələb edəcək, yoxsa vahid bir şəbəkə qurulması təşəbbüsü irəli sürüləcək?
6. Azercell dövlət şirkətinə çevriləndən sonra mobil bazarda rəqabətin daha da azaldığı müşahidə olunur. Nazirlik Azercell, Bakcell və Nar arasında , ümumiyyətlə mobil bazarda rəqabəti gücləndirmək üçün hansı addımları nəzərdə tutub? Və s.
Azərbaycanın ən nəhəng vergi ödəyicisi olan, ölkədə rəqəmsal innovasiyaların inkişafında mühüm yer tutan, 4 il bundan öncə 460 milyon manat büdcə vəsaiti ödənilməklə səhmlərinin 51.3% -i RİNN-in AzİnTelecom qurumu tərəfindən alınan, mobil bazarın böyük hissəsinə nəzarət edən bir dövlət şirkəti ilə nazirin görüşü haqqında məlumatlar kifayət qədər ictimai əhəmiyyət kəsb edir.
Ümid edirəm nəzərə alacaqlar.
Son xəbərlər
Digər xəbərlər