Bakının Nizami Rayon Polis İdarəsində yeni təyinat olub.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Emil Comərdov Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini təyin olunub. Qeyd edək ki, o, bu təyinatadək Çevik Polis Alayında xidmət edib.
Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən Nizami RPİ-də xidməti yoxlama aparılıb. Yoxlama nəticəsində nöqsanlar aşkarlanıb və həmin vaxt idarənin xidmət üzrə rəis müavini olan polis polkovniki Müşviq Aslanov işdən çıxarılıb.