27 C
Baku
Saturday, July 27, 2024

Nazirlər Kabineti mədəni irs obyektlərində təmir-bərpa işləri üzrə yeni normativləri müəyyən edib

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smetanormativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar mədəni irs obyektləri (daşınmaz tarix və mədəniyyət abidələri) üzrə təmir-bərpa işləri ilə bağlı üstəlik xərclərin və smeta gəlirinin normativlərinin tətbiqini təmin etmək məqsədilə imzalanıb.

Qərarda ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsilə əlaqədar mədəni irs obyektlərində (daşınmaz tarix və mədəniyyət abidələrində) təmir-bərpa işləri üzrə tikintidə üstəlik xərclərin və smeta gəlirinin normativləri müəyyən edilib. Həmçinin, bu obyektlərdə təmir-bərpa işləri üzrə üstəlik xərclərin və smeta gəlirinin normativləri müəyyən edilməklə həmin obyektlərin də smeta hesablamalarının avtomatlaşdırılması üzrə proqram təminatına daxil edilməsi və istifadə olunması təmin ediləcək.

Son xəbərlər
Digər xəbərlər