27 C
Baku
Saturday, July 27, 2024

Nazirlər Kabineti ofşor zonaya aid edilən ölkənin ikisinin adını bu siyahıdan çıxarıb

“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 yanvar tarixli 1 nömrəli Qərarında dəyişikliklər edilib.

Banker.az xəbər verir ki, bu barədə sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 yanvar tarixli 1 nömrəli Qərarı  ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın 9-cu və 17-ci hissələri ləğv edilsin.” – deyə sənəddə bildirirlir.

Qeyd edək ki, bu bənddə Nauri və ABŞ-ın Vircin adalarının adı qeyd edilirdi.

Son xəbərlər
Digər xəbərlər