27 C
Baku
Saturday, July 27, 2024

Nazirlər Kabineti qərar verdi: Bu binalar məcburi auditdən keçəcək

Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarlar təsdiq edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, aşağıdakı meyarlara uyğun gələn təsərrüfat subyektləri və qeyriyaşayış binalarında enerji auditinin keçirilməsi məcburidir:
1.1. illik enerji istehlakı 1000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektləri;
1.2. tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binaları.

Bu Qərar 2022-ci il 1 iyul tarixindən tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər