24 C
Baku
Thursday, April 18, 2024

Nazirlər Kabineti yaxın vaxtlarda peşə standartlarının normativ bazasını təsdiqləyəcək

“Yaxın vaxtlarda Baş Nazir tərəfindən peşə standartlarının normativ bazası ilə bağlı layihənin təsdiq ediləcəyi gözlənilir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov bildirib.

Onun sözlərinə görə, peşə standartlarının tətbiqi həddindən artıq vacibdir: “Peşə standartları insanın müəyyən bir sahə üzrə minimum bilik və bacarıqlarını özündə əks etdirir. Əminik ki, yeni standartların tətbiqi əmək məhsuldarlığının artmasına təsir edəcək. Yəni insanlar öz işlərini daha səmərəli görəcəklər, işəgötürənlər öz işçilərini daha yaxşı qiymətləndirəcəklər”.

©Report

Son xəbərlər
Digər xəbərlər