36 C
Baku
Wednesday, August 17, 2022

Nazirlər Kabinetindən daha iki nəfər vəzifəsindən azad olundu

Yeni təyin olunmuş Baş nazir Əli Əsədov kadr islahatını davam etdirməkdədir.

Banker.az-ın əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri – Musa Ələkbərov və Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri – Qasım Abdullayev vəzifələrindən azad ediliblər.

Bildirək ki, 2017-ci ilə qədər M. Ələkbərov bundan öncə Sosial məsələlər üzrə şöbənin müdiri idi. 62 yaşlı Q.Abdullayev isə 2018-ci ilin avqust ayından etibarən Nazirlər Kabinetində çalışırdı.

Banker.az-a daxil olan məlumata görə, bu vəzifələrə hələ ki, təyinat yoxdur.

Son xəbərlər
Oxşar xəbərlər