13 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Nazirlər Kabinetinin əməkdaşı vəzifəsindən azad edildi – Səbəb açıqlandı

faizlere

Mədəni davranış və peşəkarlıq tələblərini pozduğuna görə Nazirlər Kabinetinin baş məsləhətçisinin dövlət qulluğuna xitam verilib.

Banker.az bildirir ki, bu barədə NK-dən daxil olan məlumatda deyilir.

Ölkə ərazisində koronavirus infeksiyasının (Covid-19) yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimində vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət etdiyi, həmçinin vətəndaşlarla ünsiyyət zamanı mədəni davranış və peşəkarlıq tələblərini pozduğu üçün Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarının tələblərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi Rəşad Yaqub oğlu Rüstəmov Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə tutduğu vəzifədən azad edilərək onun dövlət qulluğuna xitam verilmişdir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər