-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Nazirlər Kabinetinin baş məsləhətçisi vəzifəsindən azad edildi

Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi tutduğu vəzifədən azad edilib.

Banker.az  xəbər verir ki, ölkə ərazisində koronavirus infeksiyasının (Covid-19) yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimində vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət etdiyi, həmçinin vətəndaşlarla ünsiyyət zamanı mədəni davranış və peşəkarlıq tələblərini pozduğu üçün Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarının tələblərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi Rəşad Yaqub oğlu Rüstəmov Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə tutduğu vəzifədən azad edilərək onun dövlət qulluğuna xitam verilmişdir.

Mənbə:Oxu.az
Son xəbərlər
Oxşar xəbərlər