10 C
Baku
Wednesday, December 11, 2024

Nazirlər Kabineti ətraf mühitə çirkli maddə atılmasına görə ödəniş normativlərini dəyişdirdi

Nazirlər Kabinetinin “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” qərarında dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarı ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə ödəniş normativlərinin yeni iqtisadi şəraitə uyğunlaşdırılması və təbiətdən istifadəçilərin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin tənzimlənməsi, tullantıların atılmasına, axıdılmasına və yerləşdirilməsinə görə onların məsuliyyətinin artırılmasına nail olmaq məqsədilə qəbul edilib.

“Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı nəticəsində ətraf mühitə təsirlər getdikcə artmaqdadır. Təsərrüfat və digər fəaliyyətlər üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək, ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirləri həyata keçirmək üçün ətraf mühitin çirkləndirilməsinə görə ödəniş normativlərinin yenilənməsinə zərurət yaranıb.

Belə ki, qüvvədə olan mövcud qiymətlər 1992-ci ilin iqtisadi göstəricilərinə görə təsdiq edilib. Bu da hazırki dövrün tələblərinə cavab vermir və ölkənin iqtisadi inkişafı ilə uzlaşmır. Bu normativlər ötən dövr ərzində baş vermiş iqtisadi devalvasiyalar nəticəsində öz təsir qüvvəsini itirmişdir və buna görə də müəssisələr qarşısında ciddi məsuliyyət yaratmır.

Ötən dövr ərzində Azərbaycan BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyasına qoşulub, tullantıların uçotunun və qeydiyyatının aparılması sisteminin təkmiləşdirilməsi məqsədi ilə Nazirlər Kabinetinin 2003-cü il 30 mart tarixli qərarı ilə “Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası” və 2008-ci il 25 yanvar tarixli qərarı ilə “İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası” təsdiq olunub. Bu Qaydalarda da Bazel Konvensiyasının təsnifat sistemindən istifadə olunur.

Tullantıların idarə olunma sisteminin beynəlxalq tələblərə uyğun təkmilləşdirilməsi də ölkə üçün böyük əhəmiyyət kəsb edir. Lakin bu günə qədər təhlükəli tullantıların təhlükəlilik xüsusiyyətləri 1985-ci ilin müvəqqəti təsnifat sistemi ilə müəyənləşdirilirdi. Bu sistem tullantıların təhlükəlik xüsusiyyətinin ətraf mühitə və insan sağlamlığına zərərli təsirlərini tam əhatə etmir.

Qərar ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə ödəniş normativlərinin yeni iqtisadi şəraitə uyğunlaşdırılması və təbiətdən istifadəçilərin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin tənzimlənməsi, tullantıların atılmasına, axıdılmasına və yerləşdirilməsinə görə onların məsuliyyətinin artırılmasına nail olmaqa imkan verəcək”, – deyə məlumatda qeyd olunub.

Sıra

№-si

Çirkləndirici maddənin adı Çirkləndirici maddənin atmosferə atılmasına görə ödəniş normativi

(manat/ton)

1 2 3
1. Ağac (taxta) tozu 36,0
2. Alüminium-oksid 64,35
3. Ammonyak 19,8
4. Arsen oksidləri 3 012,3
5. Asetaldehid 79,2
6. Aseton 4,2
7. Azot oksidləri 78,45
8. 3,4 -benz(a)piren 133 456,0
9. Benzin 1,65
10. Benzol 9,6
11. Bərk hissəciklər (ümumi toz) 41,4
11.1. PM110 22,8
11.2. PM2,5 10,8
12. Butan-butilen 1,65
13. Butilasetat 4,2
14. Butilen 0,96
15. Dimetilamin 271,5
16. Etilasetat 4,2
17. Etilbenzol 135,8
18. Fenol 11 820,0

 

1 2 3
19. Flüoridlər 1 868,4
20. Formaldehid 496,0
21. Furfurol 54,4
22. Gips və əhəng istehsalı tozu 47,8
23. Hidrogen flüorid 768,0
24. Hidrogen xlorid 22,2
25. Hidrogen sianid 537,05
26. Hidrogen sulfid 104,4
27. His 169,2
28. İzopropilbenzol 225,5
29. Karbohidrogenlər 4,95
30. Karbon (II) oksid (dəm qazı) 1,98
31. Katalizator tozu 111,3
32. Kobalt və onun oksidi 3 298,2
33. Ksilol 6,2
34. Kükürd anhidridi 42,0
35. Manqan və onun birləşmələri 13 482,9
36. Metan 1,65
37. Metil spirti 24,24
38. Metil stirol 43,0
39. Metilasetat 7,14
40. Metilmerkaptan 5 509,8
41. Na,Mg,K,Ca,Fe,Sr,Mo,W,Bi

oksidləri

28,8
42. Naftalin 156,9
43. Nikel və oksidləri 10 438,2
44. Nitrobenzol 96
45. Ozon 673,5
46. Qeyri-üzvi qurğuşun birləşmələri 3 476,10
47. Qeyri-üzvi civə birləşmələri 3 476,10
48. Sement tozu 1 717,6
49. Silisium oksidləri 158,6
50. Sink oksid 466,8
51. Sirkə turşusu 35,1
52. Slyuda tozu 2 673,0
53. Stirol 156,6
54. Sulfat turşusu 93,3
55. Talk tozu 136,5

 

1 2 3
56. Toluol 3,4
57. Vanadium (V) oksid 4 670,7
58. Xlor 343
59. Xlorbenzol 8,6
60. Xrom (VI valentli) 19 065,6
61. Yağ turşusu 60,6

 

Qeyd. Bu cədvəldə göstərilməyən çirkləndirici maddələrin ödəniş normativləri onların təhlükəlilik sinfinə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir.

Son xəbərlər
Digər xəbərlər