Nazirlər Kabinetinin Aparatında yeni kadr təyinatı olub.
Banker.az bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov əmr imzalayıb.
Əmrə əsasən Zakir Paşayev Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Z.Paşayev bundan əvvəl Baş nazir Əli Əsədovun köməkçisi olub.