12 C
Baku
Saturday, November 23, 2024

Nazirlər Kabineti ipoteka üzrə borcalanın gəlirinin hesablanması qaydasını dəyişib

Nazirlər Kabineti 16 noyabr 2016-cı il tarixli 464 nömrəli Qərarı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”ında dəyişiklik edib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

15 noyabr 2021-ci il tarixli 350 nömrəli Qərara əsasən, bundan sonra ipoteka krediti götürmək istəyənlərin muzdlu işdən əldə etdiyi gəlirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürülən məlumatlar əsasında müəyyən edilərkən, ölkə hüduqlarından kənardakı mənbələrdən əldə olunan gəlirlər istisna ediləcək.

 

Son xəbərlər
Digər xəbərlər