“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 yanvar tarixli 1 nömrəli Qərarında dəyişikliklər edilib.
Banker.az xəbər verir ki, bu barədə sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın 9-cu və 17-ci hissələri ləğv edilsin.” – deyə sənəddə bildirirlir.
Qeyd edək ki, bu bənddə Nauri və ABŞ-ın Vircin adalarının adı qeyd edilirdi.