13 C
Baku
Saturday, November 16, 2024

Nazirlər Kabineti saatların çəkilməsi ilə bağlı açıqlama verdi

Banker.az xəbər verir ki, Oktyabrın 25-də Azərbaycan ərazisində qış vaxtına keçiləcək.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Beləliklə, bu il oktyabrın 25-də saat 05:00-da Azərbaycan ərazisində saatların əqrəbləri 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

Son xəbərlər
Digər xəbərlər