Nazirlər Kabinetinin Aparatında yeni kadr təyinatları olub.
Banker.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamlarla Ruslan Rüstəmli Nazirlər Kabineti Aparatının Xarici İqtisadi Əlaqələr Şöbəsinin mudiri, İlkin Sabir oğlu Məcidov Nazirlər Kabineti Aparatının Regionların İnkişafi Şöbəsinin müdiri, Lətif Çəfər oğlu Qasımov Nazirlər Kabineti Aparatının Aqrar və Ekologiya Şöbəsinin müdiri təyin ediliblər.