Nazirlər Kabinetindən əmlak vergisi ilə bağlı qərar

Qurum məlumat yaydı.

Artur Rasizadə fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsalları təsdiq edib.

Bu barədə Oxu.Az-a Vergilər Nazirliyindən məlumat verilib. 

Nazirlər Kabinetinin qərarı ilə Bakının ərazisi 12 zonaya bölünüb, bundan asılı olaraq 0,7-dən 1,5-dək əmsallardan istifadə olunur.

Qeyd edək ki, 2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslərdən əmlak vergisi sahənin hər kvadratmetrinə görə tutulacaq. Bundan öncə fiziki şəxslərdən əmlak vergisi sahənin inventar dəyərinə əsasən tutulurdu (sahənin dəyərinin 0,1%-ni təşkil edir).

Həmin qərarın mətni ilə burdan tanış olmaq olar:

http://www.taxes.gov.az/uploads/qanun/2015/nk/06042015elave.pdf

Son xəbərlər
Digər xəbərlər