Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb edən Vahid Xələfovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilib.
Təqsirləndirilən şəxs dövlət tərəfindən təyin edilən vəkildən imtina edib və vəkil Osman Kazımovun onun müdafiəsinə qoşulmasını istəyib.
Vəkil cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Növbəti məhkəmə prosesi avqustun 11-nə təyin edilib.
Qeyd edək ki, Vahid Xəlilov Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb etdiyi üçün barəsində Cinayət Məcəlləsinin 182.4-cü və 322-ci maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə tələb olunan pul 4 milyon 600 min manatdır.