Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Tuana-P” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Müdafiə Nazirliyi üçün dəftərxana, təmizlik ləvazimatları və katriclərin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 793 903 manatdır.
Qeyd edək ki, “Tuana-P” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Abbas QurbanƏliyevdir.