10 C
Baku
Tuesday, November 26, 2024

Nazirlik 2 su anbarının yaradılması üçün 2.3 milyon manat xərcləyəcək

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Hydro-Geo Environment Group” MMC və “Geo-Su Group” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, hər 2 müqavilənin cəmi məbləği 2 301 000 manatdır.

“Hydro-Geo Environment Group” MMC ilə bağlanmış müqavilədə Zəyəmçay su anbarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 1 416 000 manatdır.

“Geo-Su Group” MMC ilə olan müqavilə isə Ağsuçay su anbarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasından ibarətdir. Bu müqavilənin məbləği 885 000 manatdır.

 

 

Son xəbərlər
Digər xəbərlər