8 C
Baku
Thursday, March 28, 2024

Nazirlik 24 milyon manatlıq geyim aldı

Daxili İşlər Nazirliyinin Maddi -Texniki Təminat Baş İdarəsi 4 şirkətlə 24 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “Avanqard-E.H.” MMC, “Bakı Tikiş Evi” ASC, “Black Rams Uniform” MMC və “Elmanado” MMC-dir.

Müqavilələrdə baş geyimləri, alt paltarları, yataq ləvazimatları, fərqlənmə nişanları və paqonlar, palto, plaş palto, mont, kostyum, yay şalvarı və yubkalar, isti qış gödəkçəsi, səhra kostyumu, uzunqol və qısaqol köynəklər, yay örtüyü,ayaqqabı, səhra çəkməsi, idman ayaqqabısı, xüsusi kəmər və şalvar qayışı satınalınması nəzərdə tutulur.

Müqavilələrin cəmi məbləği 24 315 782 manatdır.

Son xəbərlər
Digər xəbərlər