Ədliyyə Nazirliyinin Pentensiar Xidməti “Kale Solution” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Dövlət bayrağının satın alınması nəzərdə tutulub.
Müqavilənin məbləği isə 48 144 manatdır.
Qeyd edək ki, “Kale Solution” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Aqil İmanov Azər oğludur.







