10 C
Baku
Friday, December 13, 2024

Nazirlik 800 min manata sərgi mərkəzi tikdirəcək

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Platin-M” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Qobustan rayonu Heyvandarlıq Kompleksinin ərazisində Sərgi Mərkəzinin tikintisi nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 792 min 527 manatdır.

Bildirək ki, “Platin-M” MMC 2014-cü ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Müşfiq Murad Nizami oğludur.

Son xəbərlər
Digər xəbərlər