9 C
Baku
Friday, December 13, 2024

Nazirlik Abşerondakı bu xəstəxananın tikintisi üçün “Arash”a 6 milyon manata yaxın pul ödəyəcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Arash Medical Company” QSC ilə 6 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) (2-ci elan) nəzərdə tutulub.

Müqavilənin məbləği 5 milyon 538 min 476 manatdır.

Xatırladaq ki, “Arash Medical Company”  1994-cü ildən fəaliyyətdədir. Hazırda şirkətin fəaliyyəti hər növ tibbi avadanlıqlar və ləvazimatların satışı, işçi heyətinin təlimi, tibbi avadanlıqların quraşdırılması, təmiri və sazlanmasından və səhiyyə obyektlərinin layihələndirilməsindən ibarətdir.  “Arash Medical Company” tibbi avanlıqlar üzrə dünyanın 40-a yaxın aparıcı istehsalçıları ilə sıx əməkdaşlıq edir.

“Arash Medical Company”nin nizamnamə kapitalı 2000 manatdır və qanuni təmsilçisi Kamran Məmmədov Abid oğludur.

Onu da qeyd edək ki, “Arash Medical Company” tez-tez Səhiyyə Nazirliyinin tenderlərinin qalibi olur.

 

Son xəbərlər
Digər xəbərlər