17 C
Baku
Monday, April 22, 2024

Nazirlik: “Açıq havada maska istifadəsi tələbinin ləğvi məsuliyyət hissini azaltmamalıdır”

“Yumşalma tədbirləri zamanı əhalidə adətən laqeydlik yaranır. Açıq havada maska istifadəsi tələbinin ləğvi məsuliyyət hissini azaltmamalıdır”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, özünü narahat hiss edən, yaxud evdə xəstə şəxsə baxan biri mütləq maska istifadə etməlidir: “Xroniki xəstəliyi olan şəsx istəsə bazara gedəndə, istərsə də dayanacaqlarda avtobus gözləyərkən özünü qorumaq üçün maska taxmalıdır. Qapalı məkanlarda bəzən maskanın düzgün taxılmaması müşahidə olunur. Maska istifadəsi tələbi olanda evdən çıxanda taxırdısa, indi qadağanın ləğvi nəticəsində insanlarda lazımi yerlərdə taxılmasını unutdurur. Maskanı qatlayıb cibə qoymaq və ya qırışdırmaq olmaz. Maskanı xüsusi paketdə saxlamaq lazımdır. Eyni zamanda nəmlənən maskanın istifadəsi düzgün deyil. Odur ki, maska istifadəsi tələbinin ləğvi arxayınlıq yaratmasın. Yoxsa yenidən yoluxma sayında artım olacaq”.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər