“Amnistiya Aktı ilə 7 369 nəfər ayrı-ayrı cəzalardan azad edilib”.
Bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirilib.
O qeyd edib ki, “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Milli Məclisin 05.11.2021-ci il tarixli qərarı 8 825 nəfərə tətbiq edilib: “Onlardan 3 809-u Penitensiar xidmət, 5010-u Probasiya xidmətləri tərəfindən tətbiq edilib, 1450 nəfərin isə cəzası azaldılıb”.