“Aqri Kon” şirkəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üçün kənd təsərrüfatı malları satın alacaq.
Banker.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti “Aqri Kon” QSC ilə 39 milyon 415 min 200 manatlıq müqavilə imzalayıb.
“AQRİ KON” QSC ilə imzalanmış müqavilə “Özünüməşğulluq tədbirlərini həyata keçirmək məqsədilə respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalınması” nəzərdə tutur.
28.06.2018-ci il tarixində yaradılmış və 2010 manat nizamnamə kapitalı olan “AQRİ KON” QSC-nin qanuni təmsilçisi isə Rəşad Sultanovdur. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Salatın Əsgərova, ev 121, m. 1-dir.
2019-cu ilin avqust ayında da böyük məbləğli sifariş bu şirkətə verilib. Dövlət Məşğulluq Xidməti ötən ilin Avqust ayında da “Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalınması”nı “AQRİ KON” QSC-yə sifariş etmişdi. İmzalanmış müqavilənin dəyəri 27 milyon 699 min manat idi.