“”AstraZeneca” və “Sputnik V” vaksinləri hələ ki, ölkəyə daxil olmayıb”.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib.
O bildirib ki, bu vaksinlər bir az fərqli texnologiya ilə hazırlanıb: “Bunlar vektor vaksinləridir və yeni vaksinlər qrupundandır. Bu texnologiya cavandır, hələ ki tam öyərnilməyib. Uzun illər istifadə olunmayıb. Amma təbii ki, artıq texnologiya inkişaf edib”.
T. Eyvazov qeyd edib ki, yan təsirləri olmayan vaksin yoxdur: “Vaksinlərin reaksiyaları müxtəlif olacaq. Çünki onların texnologiyaları müxtəlifdir. “Coronavac” peyvəndi illərlə oturuşmuş texnologiya üzərində hazırlanıb. Burada qeyri-adi nəsə gözləmirik. Əvvəllər olan reaksiyaları burda da izləyirik”.