27 C
Baku
Thursday, July 25, 2024

Nazirlik Azərbaycandakı bu şirkətin fəaliyyətini dayandırdı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən “Qızıl Əllər” MMC-nin fəaliyyətini dayandırıb.

Banker.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, buna səbəb ilkin yanğınsöndürmə vasitəsi olan yanğınsöndürən balonların doldurulması və ya tərkibinin yenilənməsində istifadə olunan quru kimyəvi toz maddələrin kimyəvi tərkibi normativ tələblərə cavab verməməsi və yanğınların söndürülməsində yararsız olmaqla yanaşı insan həyatı və sağlamlığı üçün təhlükəli olmasıdır.

Qeyd olunanları nəzərə alaraq,  “Qızıl Əllər” MMC-nin yanğınsöndürmə balonlarının doldurulması və ya tərkibinin yenilənməsi üzrə fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və aşkar olunmuş pozuntuya hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanına müraciət olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər