22 C
Baku
Thursday, May 2, 2024

Nazirlik: Azərbaycan fındıq istehsalçısı kimi dünyada ilk beşlikdədir

Ötən il fındıq bağlarının 25 faizədək hissəsi Zaqatala, 13 faizədək hissəsi Balakən, 13 faizi Xaçmaz, 12.5 faizi Qax, 8.8 faizi Qəbələ, 8.1 faizi Qusar, 5.9 faizi Şəki, 5.4faizi isə Oğuzun payına düşüb. Hazırda həmin ərazilərdə fermerlərin aktiv fəaliyyəti üçün dövlət dəstəyi göstərilir.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli “Fındıq potensialının artırılması: Məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda ölkəmiz fındıq istehsalçısı kimi dünyada ilk beşlikdədir: “2021-ci ildə dünya üzrə fındıq istehsalının 63.5 faizi Türkiyənin, 7.9 faizi İtaliyanın, 6.5 faizi ABŞ, 6.3 faizi isə Azərbaycanın payına düşüb. 2022-ci ildə ölkə üzrə fındığın ümumi əkin sahəsi 81.1 min hektar olub. Elektron kənd təsərrüfatı informasiya sistemi fındıq bağlarının qeydiyyata alınmasında mühüm rol oynayıb. 2022-ci ildə ölkə üzrə fındığın ümumi əkin sahəsi 81.1 min hektar, məhsul istehsalı 71.1 min ton, məhsuldarlıq göstəricisi hektara görə 13.9 st təşkil edib: “2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əkin sahəsi 1053 hektar, məhsul istehsalı 4 min ton, məhsuldarlıq isə 0.2 st daha çox olub”.

A.Cəfərli əlavə edib ki, ötən il 1241 hektar sahədə yeni fındıq bağları salınıb. Onun sözlərinə görə, 2022-ci ildə fındıq bağlarının sahəsi 2015-ci ilə nisbətən 2.5 dəfə, 2021-ci ilə nisbətən 1.4 faiz artıb: “Mövcud bağların 51.4 min hektarı, yaxud da 63.1 faizi bar verən yaşdadır. Ümumilikdə fındıq bağlarının 76 min hektarı və ya 93.5 faizi ənənəvi, digər hissəsi intensiv bağlardır”.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər