Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Azərmaş” şirkəti ilə 431 min manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə minik avtomobilllərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 430 min 936 manatdır.
“Azərmaş” zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının sonunda baş tutub. Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir.