10 C
Baku
Saturday, November 23, 2024

Nazirlik: Azərbaycanın buğda idxalının 80 %-dən çoxu Rusiyanın payına düşür

Azərbaycanın buğda idxalının 80 %-dən çoxu Rusiyanın payına düşür.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov Bakıda keçirilən “İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi” mövzusunda konfransda bildirib.

“2023-cü ildə Azərbaycan 1 milyon 175 min ton buğda idxal edib. Bunun 1 milyon 22 min tonu Rusiyadan, 153 min tonu Qazaxıstandan alınıb”, – deyə o qeyd edib.

Bundan başqa, nazirlik rəsmisi deyib ki, ölkənin buğdaya olan tələbatı təxminən 2,8 milyon tondur ki, bunun da 1,7 milyon tonu yerli istehsal, 1,1 milyon tonu isə idxal hesabına ödənilir.

“Azərbaycanda su ehtiyatları iqlim dəyişikliyindən təsirlənir. Buna baxmayaq ölkədə buğda və taxıl istehsalı artır”, – deyə o əlavə edib.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər