Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Lotus Co” şirkəti ilə 2 müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, birinci müqavilədə Bakı şəhəri Xəzər rayonunda açılması nəzərdə tutulan DOST mərkəzi üçün avadanlıqların, bayraqların, barelyefin, uniformaların, bədii-tərtibat elementlərinin və reklam qurğularının satın alınması nəzərdə tutulub. Müqavilənin məbləği 75 min 496 manatdır.
İkinci müqavilədə isə Bakı şəhəri Nizami rayonunda açılması nəzərdə tutulan DOST mərkəzi üçün avadanlıqların, bayraqların, barelyefin, uniformaların, bədii-tərtibat elementlərinin və reklam qurğularının satın alınması nəzərdə tutulub və bu müqavilənin dəyəri isə 89 min 602 manatdır.
Bildirək ki, 01.08.2017-ci ildə qeydiyyata alınan “Lotus Co” MMC-nin nizamnamə kapitalı 10.00 AZN-dir. Hüquqi ünvanı Az1102, Bakı ş. Nəsimi r. Mir Cəlal küç. Ev 60, m. 89 olan şirkətin direktoru Allahverdiyev Rahib Tofiq oğludur.