Nazirlik Bakıda ağacların qurudulmasına görə “Azərsu”nu məhkəməyə verəcək

Bakıda ağacların qurudulmasına görə “Azərsu” ASC-yə protokol tərtib olunub.

Bu barədə Report agentliyinə Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı nazirliyə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.

Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanan materiallar məhkəməyə hazırlanır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər