16 C
Baku
Friday, April 26, 2024

Nazirlik “Bestcom Group”dan 7 milyonluq noutbuk aldı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Bestcom Group” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə noutbukların satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 6 657 147 manatdır.

Bildirək ki, 1995-ci ildə yaradılan BestComp Group şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. Şirkətin nizamnamə kapitalı 8 962 330 manatdır və qanuni təmsilçisi Fərid Həsənovdur. BestComp Group öz fəaliyyətini Azərbaycanın hüdudlarından kənarda da davam etdirir.

Onu da qeyd edək ki, “Bestcomp Group” Təhsil Nazirliyi ilə razılaşdırılaraq Qarabağ məktəblərinə təmənnasız olaraq 1000 ədəd stolüstü kompüter və ya noutbuk təqdim edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər