26 C
Baku
Saturday, July 27, 2024

Nazirlik “Bestcomp Group”dan 39 milyon manatlıq kompüter və noutbuklar alır

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bestcomp Group QSC ilə 39 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə kompüter və noutbukların satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 39 412 431 manatdır.

Qeyd edək ki, “Bestcomp Group” 1998-ci ildə yaradılıb. “Bestcomp Group” QSC sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya kimi geniş çeşiddə xidmətlər təklif edir.

Son xəbərlər
Digər xəbərlər