Avqustun 22-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərini yerli banklarda depozitə yerləşdirmək üçün növbəti hərrac keçirib.
Banker.az xəbər verir ki, hərrac nəticəsində 370 milyon manat iki bankda 28 gün müddətinə, orta çəkili 7% faizlə depozitə qoyulub.
Avqustun 15-də hərracın nəticələrinə əsasən, xəzinə hesabının 400 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında 28 gün müddətinə, 7.00% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilmişdi.
Xatırladaq ki, 2025-ci ilin ilk 7 ayının nəticələrinə görə, dövlət büdcəsində 3 milyard 536,3 milyon manat profisit yaranıb. Bu bir ay öncəyə qədər 2 milyard 708,3 milyon manat idi.