10 C
Baku
Friday, December 13, 2024

Nazirlik DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq

Nazirlər Kabineti 21 avqust 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ölkəyə idxal edilən radioelekton vasitələr barədə Dövlət Gömrük Komitəsinin (DGK) informasiya sistemlərindən aşağıdakı məlumatları real vaxt rejimində əldə edə biləcək:

– məhsulun bəyan edilmə tarixi;

– məhsulun xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu;

– məhsul partiyasının qeydiyyat kodu;

– məhsulun təsviri;

– məhsulu idxal edən şəxs barədə məlumat (hüquqi şəxsin adı, fiziki şəxsin soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).

Son xəbərlər
Digər xəbərlər