23 C
Baku
Friday, April 19, 2024

Nazirlik: Direktor ve direktor müavinlərinə əlavənin məbləği təhsilverənlərin sayına uyğun müəyyənləşdirilib

Bütün ümumi təhsil müəssisələrində direktor ve direktor müavini vəzifəsində çalışan şəxslərin əmək haqqına əlavənin məbləği təhsilverənlərin sayına uyğun olaraq müəyyənləşdirilib.

Bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş aylıq əlavələr məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır.

O qeyd edib ki, ilkin mərhələdə yalnız müəllimlərin sertifikatlaşdırılma prosesində iştirakı nəzərdə tutulub:

“Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında qərar 2022-ci il sentyabr ayının 1-dən qüvvəyə minəcək”.

 

 

Son xəbərlər
Digər xəbərlər