Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dünya Bankı ilə birgə Azərbaycanda tənzimləyici qurumun yaradılması, onun çərçivələrinin müəyyən edilməsi layihəsi üzərində işləyir.
Bunu “Ağıllı kəndlər: kənd yerlərinin inkişafına innovativ yanaşma” beynəlxalq konfransında çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
“Bu layihə gələn ildən etibarən fəaliyyətə başlayacaq. Yeni yaradılmış quruma istər institusional, istərsə də müəyyən alətlərin verilməsi baxımından bu layihənin xüsusi önəmi olacaq. Dünya Bankı ilə işlədiyimiz ikinci layihə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihəsi ilə bağlıdır. Bu da datalardan istifadə siyasəti ilə bağlı bir sənəddir ki, növbəti ilin ortalarından etibarən bu layihəni reallaşdıra biləcəyik”, – nazir əlavə edib.