13 C
Baku
Saturday, November 23, 2024

Nazirlik elektrik enerjisinin göstəricilərini açıqladı – ixracı artırıb, idxalı sabit saxlamışıq

2021-ci ilin yanvar-avqust ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, avqust ayında respublika üzrə elektrik enerjisinin ixracı 150,6 mln. kVt·st, idxalı 10,5 mln. kVt·st olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə avqust ayında respublika üzrə elektrik enerjisinin ixrac 49,1 mln. kVt·st artıb, idxal isə eynilik təşkil edib.

Banker.az bu barədə Energetika Nazirliyindən əldə etdiyi məlumata əsasən xəbər verir. ki, 8 ay ərzində elektrik enerjisinin ixracı 971,9 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 142,2 mln. kVt·st artıb. İrana 238,9 mln. kVt·st, Türkiyəyə 164,1 mln. kVt·st, Rusiyaya 63,7 mln. kVt·st, Gürcüstana isə 505,2 mln. kVt·st elektrik enerjisi ixrac edilib.

Bu dövrdə elektrik enerjisinin idxalı 110,6 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,9 mln. kVt·st artıb. İrandan 22,4 mln. kVt·st, Rusiyadan 63,5 mln. kVt·st, Gürcüstandan isə 24,7 mln. kVt·st elektrik enerjisi idxal edilib.

Son xəbərlər
Digər xəbərlər