17 C
Baku
Tuesday, October 15, 2024

Nazirlik “Esen Tekstil”ə 6 milyon manatlıq sifariş verdi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi “Esen Tekstil” MMC ilə 6 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, 1-ci müqavilədə 2023-cü il üçün uzunboğaz botinkaların, rezin çəkmələrin, idman, qış, yay ayaqqabılarının və kazarma başmağının satın alınmasıdır. Müqavilənin dəyəri 2.125.640 manatdır.

2-ci müqavilədə 2023-ci il üçün baş geyimlərinin, xüsusi paltarların, dəsmalların, yataq və hərbi ləvazimatlarının satın alınmasıdır. Müqavilənin dəyəri 2.298.385 manatdır.

3-cü müqavilədə 2023-ci il üçün trikotaj əşya əmlaklarının satın alınmasıdır. Müqavilənin məbləği 1.272.807 manatdır.

4-cü müqavilədə isə 2023-ci il üçün fərqlənmə və fərqləndirmə nişanlarının satın alınması nəzərdə tutulur. Bu müqavilənin məbləği isə 186 800 manatdır.

Son xəbərlər
Digər xəbərlər