8 C
Baku
Monday, November 18, 2024

Nazirlik işdən çıxarılacaq müəllimlərlə bağlı qərar verib

Xəbər verdiyimiz kimi, 29 avqust tarixində ötən il keçid balını toplaya bilməyən ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı keçirlib. İmtahanda iştirak edən 1939 müəllimdən 1334 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsinə keçib. 605 nəfər müvafiq keçid balını (30 bal) toplaya bilməyib. Eyni zamanda, 138 müəllim də sertifikatlaşdırma imtahana gəlməyib.

Beləliklə də 743 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub.

Elm və Təhsil Nazirliyində Sertifikatlaşdırma Şurasının iclası keçirilib və sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin məsələsi müzakirə olunub.

“Sertifikatlaşdırma qaydalarına uyğun olaraq, təkrar imtahandan keçməyən müəllimlərlə bağlı əmək qanunvericiliyinin tələblərinə müvafiq addımlar atılacaq”, – Nazirlik bildirib.Söhbət sözügedən müəllimlərlə bağlanmış əmək müqaviləsinə son verilməsindən gedir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq təkrar sertifikatlaşdırmadan keçməyən işçilərin əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər