Nazirlik: İşsizlərin işlə təminatı üçün 80 mln. manat ayrılıb

0

“İctimai əsaslarla işlər deyiləndə, əslində, söhbət haqqı ödənilən işlərdən, yəni işaxtaranlar və işsizlərin məşğulluğundan gedir. Həmin işlər zamanı xüsusi ixtisas və peşə hazırlığı tələb olunmur. İşləmək arzusunda olanlar yerli məşğulluq orqanlarında qəbula yazılır və yerli icra hakimiyyəti orqanlarının təklif etdiyi ərazilərin yaşıllaşdırılması, parkların salınması, təmir işləri, abadlıq, təmizlik işlərinə, hətta sosialyönümlü işlərə də cəlb oluna bilərlər. İctimai işlərin çoxu günün bir neçə saatı ərzində və ya tam olmayan həftə ərzində icra edilir. Həmin işlərə qəbul edilənlərin aylıq əməkhaqqı 203 manat məbləğində nəzərdə tutulub”.

Banker.az bildirir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST İş Mərkəzi”nin direktoru Niyazi Rəhimov mətbuat konfransında deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bildirilib ki, indiyədək işə qəbul edilən 16 min nəfərin 3 min nəfəri Bakıda, qalanları regionlarda işlə təmin olunub. Gələn ay 30 min nəfərin işə qəbul edilməsi gözlənilir və onun 6 minə yaxını paytaxtı əhatə edəcək. İşsizlərin ictimai işlərə cəlb olunması proqramı üçün 80 milyon manat vəsait ayrılıb.